“Exo Moskvı” radiostansiyası ləğv edildi

  • By admin
  • 03 Mart 2022 12:26

Rusiyanın məşhur “Exo Moskvı” radiostansiyasının ləğvi barədə qərar qəbul edilib.

Gununsesi.info “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov bildirib. O, direktorlar şurasının səs çoxluğu ilə radionun ləğvi barədə qərar qəbul edildiyini deyib.

““Exo Moskvı”nın direktorlar şurasının səs çoxluğu ilə radiokanalın və “Exo Moskvı” saytının ləğvi barədə qərar qəbul edilib”, – baş redaktor Teleqram kanalında yazıb.

“Exo Moskvı” radiosu Rusiyanın Ukraynadakı hərbi əməliyyatları barədə yaydığı məlumatlardan sonra Kremlin qəzəbinə tuş gəlib.

Gununsesi.info