Haaqa Tribunalı Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırır

  • By admin
  • 03 Mart 2022 12:40

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.

O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciətlər aldığını və bunun Ukraynadakı vəziyyətlə bağlı təhqiqatın başlanılmasına imkan verdiyini bildirib.

Kərim Xan deyib ki, artıq Rusiyanın Ukraynada törətdiyi hərbi və insanlığa qarşı cinayətlər törətməsinə dair sübutları toplamaq üçün işlərə başlayıblar.

O, bununla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.

K.Xan obyektiv və müstəqil araşdırma aparacağına söz verib.

Gununsesi.info