
Hər bir insan günəşli havada müxtəlif formalı eynəklər taxmağa üstünlük verir. Üz quruluşunuza uyğun eynək seçməniz sizi daha zövqlü göstərəcək.
Gununsesi.info xarici KİV-ə istinadən hansı üz quruluşuna necə eynəyin yaraşdığınını təqdim edir:
Uzunsöz və sərt üz forması:
Əgər üz quruluşunuz uzunsov və sərtdirsə, yumro formada olan eynəklərdən istifadə edin. Bu zamanüzünüz daha mülayim görünəcək.
Burada istəsəniz dəmir, istəsəniz də plasmas çərçivə seçə bilərsiniz. Eynəyinizin qaşlarınızın üstünü örtməsinə diqqət edin. Bu zaman üzünüz daha yaxşı görünəcək. Əslində modelyerlər eynəyin qaşların üstünü örtəcək qədər istifadə edilməsini məsləhət görür.
Yumru üz forması:
Bu cür xanımlar dördkünc eynək forması seçməlidir. Bu zaman istəsəniz balaca, istəsəniz də, böyük formaya üstünlük verin. Hər iki forma üz quruluşunuza yaraşacaq.
Gununsesi.info












