Tramp vitse-prezident postuna namizədinin adını açıqlayıb

  • Müəllif: admin
  • 15 İyul 2016 21:36

tramp

 

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürüb.

 

Gununsesi.info-nun məlumatına görə,  D.Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

 

“Məmnunluqla bildirirəm ki, qubernator Mayk Pensi vitse-prezident postuna namizəd seçdim. Bununla bağlı mətbuat konfransı keçiriləcək”, D.Tramp yazıb.

 

Qeyd edək ki, tanınmış radio-aparıcı və siyasətçi, irland əsilli Mayk Pens 2010-cu ildə İndiana ştatının qubernatoru seçilib.

Gununsesi.info