“Fənərbaxça” hücumçu axtarışındadır

  • By admin
  • 12 Fevral 2022 15:57

“Fənərbaxça” növbəti mövsümdə hücum xəttində oynamaq üçün təcrübəli hücumçu axtarışındadır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, komanda elə bu səbəbdən təcrübəli rus hücumçu Artem Dzyubanı gündəmə gətirib.

Bazar dəyəri 9 milyon avro olan Artem Dzyuba hava toplarında səmərəliliyi və güclü bədən quruluşu ilə diqqət çəkir. Hündürboylu 33 yaşlı Artem Dzyuba bu mövsüm Rusiyada “Zenit”in heyətində 17 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Boyuna görə hava toplarında təsirli olan futbolçu Rusiya millisində 55 matçda 30 qol vuraraq diqqət çəkib.

 

Gununsesi.info