“Fənərbaxça”nın 4 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 26 Yanvar 2022 17:14

“Fənərbaxça”nın 4 futbolçusu koronavirusa yoluxub.

Gununsesi.info İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Antalyadakı təlim-məşq toplanışından əvvəl test götürülən komanda üzvlərindən dördünün nəticəsi müsbət çıxıb.

Adları açıqlanmayan şəxslər karantinə alınıb.

 

Gununsesi.info