Fətullah Gülənin həbsi tələb olunur

  • By admin
  • 13 Sentyabr 2016 21:53

gulen

Türkiyə mediasının bildirdiyinə görə, hökumət ilk dəfə rəsmən çevriliş cəhdinin arxasında olan Fətullah Gülənin həbsinə dair Amerikaya müraciət edib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Amerikada yaşayan ruhani lideri 270 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdinin aparıcı qüvvəsi adlandırıb.

Müraciətdə Gülənin əməliyyatlara əmr verdiyi və komandanlıq etdiyi bildirilir. Bundan əvvəl Gülənin ekstrasiyası tələb edilirdi.

1999-cu ildən ABŞ-da yaşayan 75 yaşlı ruhani ittihamları rədd edir.

Güləni ələ keçirməyə cəhd edən hökumət çevrilişlə bağlı 80 min nəfəri vəzifələrindən uzaqlaşdırıb. Onların əksəriyyəti həbs edib.

ABŞ prezidenti Barak Obama Böyük İyirmiliyin sammiti çərçivəsində Ərdoğana deyib ki, onun hökuməti çevriliş cəhdi ilə bağlı istinataqa yardım etməyə hazırdır.

Lakin Amerika rəsmiləri bildirir ki, hər bir ekstradisiya tələbi məhkəmə sisteminin qərarı ilə həyata keçirilə bilər.