Faciəvi şəkildə ölən müəllimi şagirdləri son mənzilə yola saldılar - FOTOLAR

  • By admin
  • 30 Mart 2023 12:07

Martın 28-də axşam saatlarında Göygöl rayonunun Hacıməlik qəsəbəsində baş vermiş ağır qəzada vəfat edən Telman Hüseynov Kəlbəcər rayon 11 saylı orta məktəbin müəllimi imiş.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“Hyundai Santa Fe” markalı avtomobilin T.Hüseynovun idarə etdiyi VAZ-2106-ya çırpılması nəticəsində vəfat edən müəllim dünən yaşadığı qəsəbədə dəfn edilib. Dəfndə onun çalışdığı məktəbin şagirdlərinin də iştirak etməsi diqqəti cəlb edib.

Qeyd edək ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.