Faiq Əmirli Bakı İstintaq Təcridxanasına köçürülüb

  • By admin
  • 23 Avqust 2016 18:24

faiq

“Azadlıq” qəzetinin maliyyə redaktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustun 23-də Nərimanov Polis İdarəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Gununsesi.info “Azadlıq.info”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.

Xatırladaq ki, Faiq Əmirli haqqında avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Gununsesi.info