Fast-food qidalar təhlükəli narkotik kimi tanındı

  • By admin
  • 15 Avqust 2016 15:28

 fast

Avropalı mütəxəssislər satışda olan hazır yeməkləri (fast-food-red.) insan həyatına təhlükəli qida və narkotik qida kimi tanıdı.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu qidaların tərkibindəki süni kombinasıyalar narkotik maddələrdə olduğu kimi,  insanda asılılıq vəziyyəti yaradır və bu da nəticədə insanda ciddi fəsadlara-xəstəliklərə yol açır. Avropa  alimləri apardıqları uzun araşdırmalar nəticəsində belə bir qənaətə gəliblər ki, ziyanlı yeməklərdə olan dadın süni kombinasiyası  beyinin neyronlarına psixotrop maddələr kimi təsir edir. 

Əslində  bir çox müasir qida məhsullarının istehsalında narkotiklərin hazırlanmasında istifadə olunan texnologiya işlənir. Bu təsirin səbəbi  dadın süni kombinasiyasıdır. Dad reseptorlarının stimulasiya vasitəsilə beyin aktivləşməyə başlayır. Ona görə də məsələn, süd kokteylləri və çipslər insanda asılılıq yarada bilir, təzə meyvə isə yox.

Gununsesi.info