“Qəbələ”-“Maribor” oyununu belaruslu hakimlər briqadası idarə edəcək

  • By admin
  • 15 Avqust 2016 15:23

qabala

 

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin Sloveniya “Maribor”u ilə keçirəcəyi ev oyununa hakim təyinatları açıqlanıb.

Gununsesi.info xəbər verir ki, paytaxtın “Dalğa Arena” stadionunda təşkil olunacaq qarşılaşmanı belaruslu hakimlər briqadası idarə edəcək.

Avqustun 18-də oynanılacaq görüşün baş hakimi Aleksey Kulbakovdur. Ona yan xətt hakimləri Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.

Matç saat 21:00-da başlayacaq.

Gununsesi.info