Fatih Terim “Qalatasaray”la rəsmən müqavilə imzaladı - 1 İL 6 AY

  • Müəllif: admin
  • 22 Dekabr 2017 17:26

Fatih Terimin “Qalatasaray”a keçidi rəsmiləşib.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu gün rəsmi müqaviləyə qol çəkib.

64 yaşlı çalışdırıcı 4-cü dəfə “sükanı arxası”na keçdiyi “cim-bom”la il yarımlıq sazişə qol çəkib. Bu gün “Türk Telekom Arena” stadionunda Terimin təqdimetmə mərasimi təşkil olunacaq.

Onun köməkçilərinin Hasan Şaş və Yohan Elmander olması gözlənilir.

Gununsesi.info