Fatma Səttarovaya Prezidentin fərdi təqaüdü verilib

  • By admin
  • 22 May 2017 18:00

86665_t8esdyftsp

Prezident İlham Əliyev Fatma Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gununsesi.info