Yeni sayt fəaliyyətə başladı - MALFANİO.AZ-DA MARAQLI VƏ FAYDALI MƏLUMATLARLA TANIŞ OLA BİLƏRSİNİZ

  • By admin
  • 22 May 2017 17:54

malfanio

Ölkənin media sahəsində yeni sayt fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, yeni fəaliyyətə başlayan saytın adı Malfanio.az-dır.

Adıçəkilən saytın əsas məqsədi oxuculara maraqlı və faydalı məlumatlar, gözoxşayan şəkillər təqdim etməkdir.

Malfanio.az vasitəsi ilə oxucular interyer, stil, düzgün yaşam tərzi və düzgün qida haqqında məqalələrlə yanaşı, kino aləmindən maraqlı xəbərlər, ulduzlar haqda məlumatlar, eləcə də musiqi sahəsinə aid yeniliklərlə bağlı informasiyalar əldə edə bilər.

“Saytımız təkcə göstərilənlərlə kifayətlənmir, dünya ədəbiyyatından seçmələr, dahi yazıçıların maraq doğuran əsərləri, fikir və sitatları ilə sizin bu sahədə daha ətraflı bilik və məlumatlara sahib olmanıza şərait yaradır. Eyni zamanda, saytımızda ölkələr, gəzməli görməli yerlər, eləcə də bu ölkələrdəki adət-ənənələrin əksini tapdığı məqalələr də yer alacaq. İdmana maraq göstərən oxucularımızı da nəzərə alaraq, saytımızda “Formula 1″, futbol, tennis və sairə idman növlərindən maraqlı, və ən əsası, aktual xəbərlərin də yer almasını qərara aldıq”, – deyə saytdan bildirilib.

Sonda onu da nəzərinizə çatdıraq ki, malfanio.az oxuculardan gələn məqalələrin də saytda yayımlanmasına şərait yaradır.

Yeni yaranmış sayta öz adımızdan uğurlar arzulayırıq.

Gununsesi.info