Fazil Mustafa Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTO

  • Müəllif: Firuzə
  • 23 Avqust 2026 11:41

Milli Məclisin deputatı Fazil Mustafa 23 avqustda mərhum Azərbaycan Xalq Cəbhəsi lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa qeyd edib ki, illərdir hər il avqustun 23-də Əbülfəz bəyin məzarını ziyarət edir:

“İllərdir Əbülfəz bəyin məzarını 23 avqustda ziyarət edirəm. Sakit, küydən uzaq bir ortamda bu məzarın daha fərqli bir ruhani aurası olur. Ruhu şad olsun!”.

Xatırladaq ki, Əbülfəz Elçibəy 1992–1993-cü illərdə Azərbaycanın prezidenti olub.

O, 2000-ci il avqustun 22-də vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Gununsesi.info