Federasiya Semyon Çterevlə əməkdaşlığı bitirib - FOTO

  • By admin
  • 16 Avqust 2017 16:24

15

Azərbaycan Güləş Federasiyası (AGF) müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib.

AGF-dən Gununsesi.info-ya verilən məlumata görə, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.

Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.

Anar

Gununsesi.info