“Federasiyamızın fəaliyyətinə müdaxilə edən federasiyaları cəzalandıracağıq” - Millət vəkilindən sərt sözlər - FOTOLAR

  • By admin
  • 12 Noyabr 2016 11:40

adil

“Neçə müddət idi ki, səbr etdiyim mövzuya toxunmaq məcburiyyətində qaldım. Bu gün təəssüf ki, bəzi insanlar öz maraqları naminə əziyyət çəkmiş insanların haqlarına girməkdən çəkinmirlər. Düşünürdüm ki, onlar bu günə qədər bizim şifahi sözlərimizdən hansısa nəticəni çıxararlar. Təəssüf ki, belə olmadı”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili, Kikboksinq Federasiysının prezidenti Adil Əliyev deyib.

Onun sözlərinə görə,  belə ki bu günə qədər bəzi şəxslər və federasiyalar öz idman növlərini kənara qoyub, onların idman növündən yarışlar keçirirlər.

O. deyib ki, hətta, daha da irəli gedərək, öz idmançılarını yarışlara göndərirlər. Öz idman növlərindən dərsləri bir kənara qoyub, kikboksinq dərsləri keçirlər.

“Biz ölkədə idmanın inkişafını dəstəkləyirik. Bunu kütləvi olması üçün də bütün səylərimizlərlə çalışırıq. Ancaq hər şey rəsmi və qanuni çərçivədə olmalıdır.
Ümumiyyətlə, onlar kikboksinqla bağlı yarış və tədbirlər keçirirlərsə, mütləq bizdən icazə almalıdırlar. Əks-halda məsuliyyət (günah) öz üzərlərindən qalacaq. Biz bütün imkanlarımızdan istifadə edib,federasiyamızın fəaliyyətinə müdaxilə edən həmin federasiyalara qanuni və başqa çərçivələrdə cəzalandırılmalarına nail olacağıq.

Sonda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, 8501 saylı şəhadətnaməsini rəhbər tutaraq, Həvəslarlar ve Peşəkarlar arasında Rinq döyüşləri keçirtmək istəyən klubların Kikboksinq Federasiysından razılıq almaları ilə bağlı rəsmi sənədi təqdim edirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

kinq

Kamil HƏMZƏOĞLU

Gununsesi.info