Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld dörd il yarımlıq diplomatik fəaliyyətini yekunlaşdırarkən Azərbaycan xalqına səmimi təşəkkürünü bildirib.
Gununsesi.info xəbər verir ki, o, ölkəni “qonaqpərvərlik” sözü ilə xarakterizə edərək, fəaliyyət dövründə Azərbaycanın müxtəlif bölgələrində gördüyü münasibətin onun üçün unudulmaz olduğunu vurğulayıb.
Səfir çıxışında Azərbaycan-Böyük Britaniya münasibətlərinin enerji, təhsil, investisiya, təhlükəsizlik və diplomatiya sahələrində daha da dərinləşdiyini qeyd edib.
O bildirib ki, xüsusilə COP29 tədbiri, Qarabağa səfərlər, təhsil layihələri və mina təmizləmə təşəbbüsləri onun diplomatik fəaliyyətinin ən yaddaqalan hissələri olub.
Diplomat Azərbaycanın regionda artan rolunu, Ermənistanla sülh istiqamətində əldə olunan irəliləyişləri və Böyük Britaniya ilə münasibətlərin 2025-ci ildə Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb.
Səfir çıxışını Azərbaycan xalqına emosional mesajla tamamlayıb:
“Mən buraya bir yad kimi gəldim. Ömürlük bir dost kimi ayrılıram”.












