
Fermadan qaçan 5 dəvəquşu magistralda avtomobillərlə yarışıb. Dəvəquşular 50 km məsafə qət ediblər.
Gununsesi.info “South China Morning Post”a istinadən xəbər verir ki, hadisə Çinin Quandun əyalətinin Foşan şəhərində qeydə alınıb.
Dəvəquşu fermasının sahibinin verdiyi məlumata görə, quşlar qapıları və bağlandıqları ipləri qıraraq qaçıblar. Bundan sonra şəhərin hərəkətli magistralına çıxaraq qaçıblar. Dəvəquşları magistralda maşınların hərəkətinə mane olsa da, onların maşınlarla yarışı sürücülər tərəfindən maraqla izlənib. Hadisə çoxsaylı izləyicilər tərəfindən lentə alınıb.
Yolda qaçan dəvəquşunun ikisini polis saxlaya bilib. İki dəvəquşunu isə dayanacaqda dayanan sərnişinlər tutub saxlayıb. Beşinci quşu isə öz sahibi üzərinə atılaraq saxlaya bilib. Onları ancaq yorulduqlarından sürətlərini azaldan zaman saxlamaq mümkün ola bilib. Dəvəquşudan 4-ü ölüb. Onların ölümünə səbəb isə istidə uzun məsafəni qaçmaları olub.
Gununsesi.info












