Bankların qiymətli kağızlara yatırımları ən yüksək həddə çatıb

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 11:24

bank

Azərbaycandakı banklar aktivlərinin tam 17%-ni qiymətli kağızlara yatırıblar.

Gununsesi.info bunu maliyyəçi-ekspert Cəfər İbrahimliyə istinadən xəbər verir.

C.İbrahimlinin qeyd etdiyinə görə, qiymətli kağızlara yatırımın həcmi 5 milyard manat təşkil edib. Onun sözlərinə görə, qeyd olunan investisiyanin təxminən 1 milyardı daxili bazarda yetləşdirilən dövlət qiymətli kağızlarına yatırılıb: “Digər korporativ istiqrazlarını isə manatla İpoteka Fondu, bank və diğər şirkətlər tərəfindən buraxılıb. ABŞ dolları bazında isə SOCAR tərəfindən buraxılan yüz milyon USD-nin bir hissəsi banklar tərəfindən alınıb. Banklar USD-də olan aktivlərinin bir hissəsini isə xarici bazarda əməliyyat olunan avrobondlar yerləşdirdiyi təxmin olunur”.

Qeyd edək ki, 2014-cü ilin devalvasiyadan sonra kredit bazarında yaranmış böhran bankları riskləri azaltmağa məcbur edib. Geri qaytarılmayan kreditlərin həcmi artdıqca bankların həm depozit, həm də kredit qəbuluna yenidən baxmasına gətirib çıxardı. Nəticədə maliyyə təşkilatları kapitallarını riskli kreditlərə yatırmağı deyil, Maliyyə Nazirliyi, Mərkəzi Bank və SOCAR-ın buraxdığı qiymətli kağızlara yönəltməyə üstünlük verirlər. Göründüyü kimi, bu tip yatırım 17 faizə yüksəlməklə ən yüksək həddə çatıb.

Vüsalə

Gununsesi.info