Suraxanıda müəllimlər günü qeyd olundu - FOTOLAR

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 11:30

22221666_1599927596712778_2148475880761098270_n

Suraxanı rayonunda Beynəlxalq Müəllimlər gününə həsr edilmiş tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, Suraxanı RİH başçısı, rayonun digər rəhbər işçiləri, rayondan seçilən millət vəkili və müəllimlər ilk olaraq Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəsətələri qoyublar. Daha sonra tədbir Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində davam edib.

Tədbirdə çıxış edən Suraxanı RİH başçısı İlqar Abbasov müqəddəs peşə sahibləri olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik edib. RİH başçısı İ.Abbasov gənc nəslin tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin müstəsna rolu olduğunu dilə gətirib.

Müəllimlər günü ilə peşə bayramlarını təbrik edən millət vəkili Sevinc Fətəliyeva bildirib ki, Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun 1966-cı il oktyabrın 5 qərarı ilə keçirilməyə başlanıb. “Məqsəd də müəllimlərin statusunun artırılması olub. Hazırda oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev verib”- deyə, millət vəkili vurğulayıb.

Müəllim peşəsini yüksək qiymətləndirən millət vəkili deyib ki, həyatını bu peşəyə həsr edən müəllimlər həqiqətən də fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

O əlavə edib ki,  hələ H.Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edib. “Hazırda bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması üçün diaqnostik qiymətləndirmədən keçiririlir. Diaqnostik qiymətləndirmədən uğrula keçən müəllimlərin əməkhaqqları xeyli yüksək olur. Məüllimlərin sosial vəziyyətinin, təhsilin keyfiyyətinin, layiqli həyat tərzinin təmin olunması istiqamətində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da davamlı olaraq addımlar atılacaq “- deyə, millət vəkili bildirib.

Sonda fəaliyyətində fərqlənən müəllimlərə mükafatlar və fəxri fərmanlar təqdim olunub.

22195957_1599928630046008_6942756316806405959_n

22154677_1599928613379343_2449849873957272121_n

Mürtəza

Gununsesi.info