Minsk Qrupunun amerikalı yeni həmsədri Dağlıq Qarabağa səfər edib

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 11:36

untitled-1

ATƏT-in Minsk Qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi xəbərə görə, E.Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.

E.Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: “Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.

Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olacaqlar.

Gununsesi.info