Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda və Ukrayndan FETÖ-yə qarşı əməliyyat keçirib.

“Hurriyet”in yaydığı məlumata görə, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Saleh Zəki Yiğit isə Ukraynada saxlanaraq dünən xüsusi təyyarə ilə İstanbula aparılıb.

Məlumata görə, 1997-ci ildə Bakı Dövlət Universitetini bitirən Özdəmir təşkalatın “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün inşaat sektorunda çirkli pulların yuyulmasını həyata keçirib.