Rusiyada neft şirkətində partlayış olub, 7 nəfər yaralanıb

  • By admin
  • 13 İyul 2018 11:32


 

Rusiyanın Xantı-Mansiy Muxtar Dairəsində “Surqutneftqaz” şirkətinin müəssisələrindən birində baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Regional Fövqəladə Hallar Xidmətdən bildiriblər.

Yaralılardan ikisi ağır, üçü isə orta-ağır dərəcədə xəsarət alıb. Hadisə yerində komissiya işləyir. Partlayışı səbəbi araşdırılır.

“Surqutneftqaz”ın mətbuat xidməti hadisənin şərh etməyib.