FETÖ-nün məktəbi Türkiyəyə verildi - FOTO

  • By admin
  • 12 Avqust 2017 11:15

02

Sudanın Nyala əyalətində fəaliyyət göstərən Fətullahçı Terror Təşkilatına (FETÖ) aid məktəb, Türkiyə Maarif Vəqfinə (TMV) təhvil verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Maarif Vəqfi məlumat yayıb.
Belə ki, Türkiyə Maarif Vəqfi FETÖ-ya aid məktəbin direktoru Ömər Alçep və Cənubi Darfur Milli Təhsil nazirinin müavini Əl-Hadi Abdurrahman Əbkər Abdullah ilə məktəbin təslimini dair müqavilə imzalayıb.

Qeyd edək ki, müqaviləyə uyğun olaraq Nyala əyalətində fəaliyyət göstərən məktəb və onun 3 binası TMV idarəçiliyinə verilib.

Xatırladaq ki, iyun ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq olunan 8 maddəlik “Maarif Fondu Qanunu”na görə, mərkəzi İstanbulda olan bir vəqf qurulacaq. Bu vəqf xaricdə məktəbdən universitet təhsilinə qədər bütün təhsil proseslərində təqaüd verəcək, məktəb, təhsil təşkilat və yurd kimi obyektlər açacaq.

Anar

Gununsesi.info