“FETÖ”-nün qardaşı uşaqları da tutuldu

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 08:12

b5e181c8b0b1bdb16a49d67fbd567217

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və  Büşra Gülən saxlanılıb.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən  xəbər verir ki, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ  terror təşkilatı ilə əlaqədə olmaqda,  həmçinin  “ByLock” adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları “ByLock” əlaqə proqram vasitəsilə göndərirmiş.

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

Gununsesi.info