Sançeş Avropanın ən yaxşı gənc futbolçusu oldu

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 07:55

sances

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş  Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə  “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı  futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub.  Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.

Gununsesi.info