“Xəzəryanı ölkələr enerjidaşıyıcılarını dünya bazarına çıxarmaq üçün İrandan istifadə edə bilərlər” - Nazir

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 07:49

zarif

Bütün Xəzəryanı dövlətlər zəngin karbohidrogen ehtiyatlarına malikdirlər. Xəzəryanı ölkələr öz enerjidaşıyıcılarını dünya bazarına çıxarmaq üçün İranın ərazisindən istifadə edə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu təklifi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif oktyabrın 23-də Tehranda keçirilən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın” hazırlanması üzrə xüsusi işçi qrupunun 47-ci iclasında irəli sürüb.

Nazir bildirib ki, Xəzəryanı dövlətlər hasil etdikləri enerji daşıyıcılarını İran ərazisindən Fars körfəzi və Əmman dənizinə çatdıraraq dünya bazarına çıxara bilərlər.

Gununsesi.info