“FETÖ”-yə və “FETÖ”-çülərə xaricdə necə qucaq açıldığını görmürmü” - NAZİRDƏN CXP LİDERİNƏ SİTƏM

  • Müəllif: admin
  • 21 May 2017 21:30

recep-akdag_7139

AKP-nin tanınmış simalarından olan səhiyyə naziri Rəcəb Akdağ Türkiyənin “ana müxalifət” partiyası CXP-ni və onun genəl başqanı Kamal Kılıcdaroğlunu sərt tənqid edib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, Kılıcdaroğlu və “ekibi”ni Türkiyədə gərginlik yaradan siyasi xətt yürütməkdə suçlayıb və onları öz yanlış siyasətlərindən əl çəkməyə səsləyib.

“Cənab Kılıcdaroğlu “FETÖ”-yə və “FETÖ”-çülərə xaricdə necə qucaq açıldığını görmürmü? Cənab Kılıcdaroğlu illərdir terrorçu PKK-ya və PKK-lılara Avropada, xarici ölkələrdə necə geniş meydan verildiyini, onların necə bəsləndiyini görmürmü?..”-deyə Akdağ sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info