FHN əməliyyat görüntüləri yayıb - VİDEO

  • By admin
  • 17 Yanvar 2023 12:08

Ötən sutka ərzində 23 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Gununsesi.info xəbər vetir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, həmçinin Lənkərançay çayında aşkar olunan naməlum qadının meyiti nazirliyin dalğıc-axtarış qrupu tərəfindən çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info