FHN əməliyyat görüntülərini yaydı - VİDEO

  • By admin
  • 04 Oktyabr 2021 11:37

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 22 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 3 və avtonəqliyyat qəzası faktı üzrə isə 2 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Gununsesi.info-ya FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Qazax rayonunun Daş Salahlı kəndində “MAN” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin Bakı şəhərinin Xətai rayonunda “LADA” markalı minik avtomobilinin dəmir maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Gununsesi.info