Vüsalə Əlizadə efirə qayıtdı - VİDEO

  • By admin
  • 04 Oktyabr 2021 11:34

Aparıcı Vüsalə Əlizadənin “7 canlı” verilişi yeni mövsümdən etibarən ATV kanalında yayımlanmağa başlayacaq.

Gununsesi.info xəbər verir ki, verilişin anonsu artıq təqdim olunub. Anonsda aparıcı efirə qayıtdığını, lakin daha əvvəlki kimi olmayacağını deyib:

“Sınaqlardan keçdiyimiz, çətinliklərlə rastlaşdığımız, yıxılıb-qalxdığımız yoldur həyat. Nə baş versə də, itirsək də, qazansaq da dayanmaq şansımız yoxdur. Bəlkə də heç nə əvvəlki kimi olmayacaq. Keçmiş keçib getməyəcək. Bizsə getməliyik, yolumuza davam etməliyik”.

Xatırladaq ki, aparıcı qardaşının vəfatından sonra 2 aya yaxın idi ki, efirdın uzaqlaşmaq qərarı almışdı.

Gununsesi.info