FHN də Şirvanda baş verən partlayışla bağlı məlumat yaydı

  • By admin
  • 26 İyul 2016 17:38

hqdefault (2)

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb.

Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

FHN-nin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info