FHN-in əməkdaşları paytaxtın müxtəlif ərazilərində suçəkmə işləri aparırlar? - Nazirlik belə iddia edir

  • By admin
  • 28 Sentyabr 2016 23:58

sel

Respublika ərazisində yağan leysan yağışları ilə əlaqədar paytaxtın bəzi küçələrini subasma olub. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları texnikanın köməyi ilə suçəkmə işləri aparır.

Gununsesi.info-nun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik-leytenantı Yaşar Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, yağmurlu hava şəraiti ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında və ərazilərində subasmalar olub. FHN-in 101 və 112 xidmətlərinə daxil olan zənglərə əsasən hazırda nazirliyin 20-dən artıq texnikası bu ərazilərdə suçəkmə işləri ilə məşğuldur:

“Bizim xidmət vətəndaşların müraciətlərinə əsasən hara lazım olarsa ora texnika cəlb olunmasına hazırdır”.

Gununsesi.info