FHN və “Azəriqaz”dan partlayışla bağlı ilkin açıqlama

  • By admin
  • 03 Avqust 2022 22:54

“Bu gün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən binaların birində partlayış baş verib”.

Gununsesi.info “Qafqazinfo  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

 

O, qeyd edib ki, hadisə rayonunda hüquq mühafizə orqanları istintaq aparır:

“Səbəb və nəticələr barədə məlumat veriləcək”.

Xatırladaq ki, Xırdalanda yaşayış binasında partlayış baş verib.

Hadisə zamanı iki nəfər xəsarət alıb.

Partlayışla bağlı digər açıqlama da FHN-dən gəlib.

Nazirlikdən verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Gununsesi.info