FIFA 2017-nin ən yaxşı futbolçusu kim olacaq? - NAMİZƏDLƏR AÇIQLANDI

  • By admin
  • 22 Sentyabr 2017 20:45

003a58bda1231836d42cb5ba18e3a2a7

FIFA 2017-ci ilin ən yaxşısı olmağa namizəd olan 3 futbolçunun adını açıqlayıb.

Gununsesi.info xəbər verir ki Kriştianu Ronaldu, Lionel Messi və Neymardır.

Portuqaliyalı Ronaldu İspaniya “Real Madrid”ində, argentinalı Messi “Barselona”da çıxış edib. Neymar isə bu yay “Barselona”dan Fransa PSJ-sinə keçib.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda olacaq. Həmin tədbirdə digər nominasiyalar üzrə də qaliblər açıqlanacaq. Ən yaxşı baş məşqçi adına Massimiliano Alleqri (“Yuventus”, İtaliya), Antonio Konte (“Çelsi”, İngiltərə) və Zinəddin Zidan (“Real Madrid”, İspaniya), ən yaxşı qapıçı adına Canluici Buffon (“Yuventus”, İtaliya), Keylor Navas (“Real Madrid”, Kosta Rika), Manuel Noyer (“Bavariya”, Almaniya) iddialıdır.

Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu dördüncü dəfə Kriştianu Ronaldu olub.

Gununsesi.info