Fikrət Qoca oğlunun qətlindən danışdı: "POLİS MƏNƏ HEÇ NƏ DEMƏYİB"

  • By admin
  • 14 Mart 2017 13:08

fikretqoca

Yalçının döyülərək öldürülməsi xəbərini sizdən eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib”.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq şairi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, Yalçın Qocanın düşməni olmayıb: “Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər”.

Gununsesi.info