Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.

Gununsesi.info “Qafqazinfo”ya istinadən həmin şeiri oxuculara təqdim edir:

Oğluma sonuncu layla:

Mən səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca

Demirəm izlədim, gəzdim dalınca…

Bu sözü atalar deyib əzəldən:

“Ac qarın özünü verər qılınca”.

Bəlkə yaxşı ata ola bilmədim

Səni öz əlindən ala bilmədim.

Sən öldün, amma mən ölə bilmədim.

İndi yaşayıram qalan vaxtımı.

Yaşamaq…Yəni bu yaşamaqdımı?…

Gununsesi.info