Filippində sel daşqınları: 55 nəfər can verdi

  • By admin
  • 02 Yanvar 2023 18:28

Filippində sel daşqınları faciəyə səbəb olub.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 55 nəfər həlak olub.

Ölkə Böhran Riskini Azaltma və Yönəltmə Qurumundan edilən açıqlamaya görə, 16 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.

Təbii fəlakət ölkənin 34 şəhərinə təsir edib.Yaşanan sellər zamanı 600 minə yaxın insan təhlükə altında düşüb. Bir çox evlərə ziyan dəyib.

Bəzi şəhərlərdə “Fövqəladə vəziyyət” elan edilib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info