Finlandiya milli pulunun üzərində Aylan Kürdin rəsmi

  • By admin
  • 04 May 2017 16:10

12

Finlandiya müstəqilliyinin 100-cü ildönümü ilə bağlı xatirə pulları buraxıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Finlandiya hökuməti 2015-ci ildə Türkiyədən Yunanıstana gedərkən Egey dənizində anası və qardaşı ilə birlikdə boğularaq həyatını itirən və cansız bədəni sahilə çıxan Aylan Kürdin fotoşəkilini 5 avroluq xatirə pulunun üzərinə həkk etdirib.

Belə ki, Finlandiya hökuməti xatirə pulunun üzərinə A.Kürdin fotoşəkilini həkk etdirməklə insan hüquqlarına hörmət, insan hüquqlarının dünya çapında ədalətli qorunmasına diqqət çəkmək olub.

Xatırladaq ki, 2015-ci il sentyabr 2-də A.Kürdi ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərində Yunanıstanın Kos adasına rezin qayıqla keçməyə çalışarkən anası və beş yaşındakı qardaşı ilə birlikdə boğularaq 3 yaşında həyatını itirib.
Bu günədək Finlandiya yalnız 626 suriyalı qaçqına öz ölkəsində yer verib.

Anar

Gununsesi.info