Finlandiya Prezidenti: Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik NATO-ya qəbul olunacaq

  • By Günel
  • 16 Fevral 2025 18:24

Ukraynanı yenidən silahlandırmaq və Rusiyaya təzyiq göstərmək üçün ilkin danışıqlara ehtiyac var.

Gununsesi.info bildirir ki, “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransında deyib.

Stubb Ukraynada sülh prosesinin necə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb: “Birinci mərhələ ilkin danışıqlardır. Ukraynanı yenidən silahlandırmalı və Rusiyaya maksimum təzyiq göstərməli olduğumuz mərhələ o deməkdir ki, Kiyev bu danışıqlara güclü mövqedən başlasın. Biz bunun nə qədər vaxt aparacağını bilmirik. Atəşkəs çox vaxt sülh prosesi ilə qarışdırılır”, – Stubb bildirib.

Onun sözlərinə görə, atəşkəs sərhədlərin demarkasiyası və beynəlxalq monitorinqi əhatə etməlidir: “Bu müddət ərzində əsirlərin mübadiləsi və mümkün sanksiyalar kimi digər tədbirlər də müzakirə olunur”.

Finlandiya dövlətinin başçısı həmçinin bəyan edib ki, Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik olaraq NATO-ya qəbul olunacaq.

Gununsesi.info