Finlandiyanın dövlət başçısı İlham Əliyevi təbrik etdi

  • By admin
  • 26 May 2018 15:43
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

 Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.