Bu gün Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçiriləcək

  • By admin
  • 26 May 2018 15:39

“Liverpul”un 13 illik həsrəti...

Gununsesi.info xəbər verir ki, həlledici oyunda “Real” və “Liverpul” komandaları üz-üzə gələcək.

Çempionlar Liqasının rekordçusu olan Madrid klubu 13-cü dəfə turinirin qalibi olmağa, mersisaydlılar isə 13 illik həsrətə son qoymağa çalışacaq.

Qeyd edək ki, daha öncə 5 dəfə bu turnirin qalibi olan “Liverpul” sonuncu dəfə 2005-ci ildə kuboka sahib olmuşdu.

22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu