Formula 1-də iştirak edəcək komandaların çoxu artıq Bakıdadır

  • By admin
  • 31 May 2021 17:48

Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandaların əksəriyyəti artıq Bakıya gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, ölkəyə gələn komandalar boksları da təhvil alıblar:

“Ümumilikdə 21 komanda var, yəni 10 komanda Formula 1, 11 komanda isə Formula 2-də. Komandalar hissə-hissə gəlirlər. Əksəriyyəti artıq gəlib. Sabah, yəni çərşənbə axşamı bütün komandaların gəlişi başa çatmalıdır”.