“Formula-1” yarışmasında insident - MEXANİK VURULDU (VİDEO)

  • By admin
  • 09 Aprel 2018 11:20

Beynəlxalq “Formula-1” avtoçempionatının Bəhreyndə keçirilən mərhələsində insident yaşanıb.

Gununsesi.info xəbər verir ki, “Ferrari” komandasının pilotu Kimi Raykkonen bolidini pit-stopa sürərkən komandasının mexanikini vurub.

Fin pilot 36-cı dövrədə bolidin təkərini dəyişmək üçün pit-stopa daxil olmuşldu. Bokslarda dayanandan sonra pit-leynə yaxınlaşan Raykkonenin bolidinin sol arxa təkəri mexanikə dəyib.

İnsidentdən sonra həmin təkər dəyişdirilməyib.

FİA “Ferrari” komandasını 50 min avro məbləğində cərimələyib.

Komanda Twitter-dəki akkauntunda açıqlama yayaraq bildirib ki, Raykkonenin bolidinin vurduğu mexanikin adı Françeskodur. Onun baldırında iki sınığın olduğu vurğulanıb.

Videonu izləmək üçün linkə klikləyin:

https://daytube.az/az/videos/65053/

Gununsesi.info