France 24 telekanalının yayımı -Dayandırılıb

Burkina-Fasoda “Əl-Qaidə” terror təşkilatına bağlı qrupun lideri ilə müsahibə aldığı üçün “France 24” telekanalının yayımı dayandırılıb. Gununsesi.info Fransa mediasına istinadən xəbər verir ki, hökumətdən verilən açıqlamada “France 24” telekanalının terror qruplaşmasının lideri ilə müsahibə apararaq, terrorçuların sözçüsü kimi çıxış etdiyi və terroru qanuniləşdirdiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, bu səbəblərdən ölkə ərazisində “France 24” telekanalının yayımları qeyri-müəyyən müddətə dayandırılıb. Ayın əvvəlində “France 24” telekanalı “Əl-Qaidə”nin Məğribdəki lideri olduğu iddia edilən Əbu Ubeyde Yusuf əl-Anabi kimi tanınan Yezid Məbarəklə müsahibə verib.

Əl-Anabi 2020-ci ildə Fransanın hava hücumu nəticəsində öldürülən qruplaşmanın lideri Əbdülməlik Drukdelin yerinə keçmişdi.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info