Fransa finalda

  • By admin
  • 08 İyul 2016 09:30

fransa

 

Avropa çempionatının yarımfinal mərhələsində ikinci oyun keçirilib. Gununsesi.info xəbər verir ki, bu dəfə Almaniya və Fransa komandaları qarşılaşıb. Oyunun ilk dəqiqələrində meydan sahibləri fəal olsa da, almanlar tədricən üstünlüyü ələ alıb. Amma oyunda hesabı fransızlar açıb. Birinci hissənin son dəqiqəsində Qrizmann penaltini dəqiq yerinə yetirib.

İkinci hissədə Qrizmann Almaniyanı daha bir dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Oyun elə 2:0 hesabı ilə Almaniyanın üstünlüyü ilə bitib.

Beləliklə, “Avro 2016”nın finalında Fransa və Portuqaliya komandaları qarşılaşacaq. Oyun iyulun 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info