Fransa səfirliyinə silahlı hücum:  15 ölü

  • By admin
  • 02 Mart 2018 22:10


Fransanın Burkina-Fasodakı səfirliyinə silahlı hücum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Asoşeyted Press” informasiya yayıb. Məlumata görə, səfirlik yaxınlığına əvvəlcə bomba atılıb. Daha sonra səfirlik binasına silahlı dəstə hücum edib. Hücum edən şəxslərdən 4-ü öldürülüb.

Əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

***

Uaqaduquda baş qərargaha və Fransa səfirliyinə edilən silahlı hücum nəticəsində 7 hərbçi həlak olub.

Məlumata görə, cavab atəşi nəticəsində öldürülən silahlıların sayı 8-ə çatıb.

Bildirilib ki, ölənlər arasında fransız yoxdur.

Gununsesi.info