Fransada koronavirusdan ölənlərin sayı 30 minə çatır

  • By admin
  • 07 İyul 2020 22:21

Fransada 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 105 mindən çox şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 933 nəfər vəfat edib.

 

 

Gununsesi.org