Fransada silahlı insident - POLİS 3 NƏFƏRİ QƏTLƏ YETİRDİ

  • By admin
  • 19 Noyabr 2017 12:10

Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək öldürüb, 3 nəfəri yaralayıb.

Gununsesi.info xəbər verir ki, polis sevgilisini, onun anasını və bacısını yaralayıb, sevgilisinin atasını və qonşuluqda yaşayan 2 nəfəri isə öldürüb.

Daha sonra 31 yaşlı polis əməkdaşı atəş açaraq özünə qəsd edib. Baş verən hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.

Gununsesi.info